Almaniya çağırış yaşına çatmış kişilərin Ukraynaya qayıtmasında Kiyevə kömək edəcək.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Mertz Berlində Vladimir Zelenski ilə görüşdə bildirib.

"Ölkəmizdə sığınacaq tapan Ukrayna vətəndaşları ilə bağlı məsələlərdə sıx əməkdaşlıq edəcəyik və onların vətənə qayıtmasını asanlaşdıracağıq",- deyə, Metrz vurğulayıb.
O, əlavə edib ki, Almaniyada sığınacaq axtaran ukraynalı kişilərin sayını məhdudlaşdırmaq vacibdir: "Bu kişilərin orada olması və ölkələrinə kömək etməsi vacibdir".
Daha əvvəl Bundestaqdakı CDU/CSU fraksiyasının daxili siyasət üzrə eksperti Aleksandr Trom hərbi xidmətə yararlı Ukrayna vətəndaşlarının Almaniya sosial təminat sistemindən çıxarılması təklifini irəli sürmüşdü.