Bank olmayan kredit təşkilatlarının maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalmaqdadır.
Bunu Azərbaycan Mərkəzi Bankının Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov Mərkəzi mətbuat konfransında bildirib.
A.Həsənov qeyd edib ki, 2025-ci ilin sonuna olan məlumatlara əsasən, Azərbaycanda fəaliyyət göstərən BOKT-lərin sayı 54, kredit ittifaqlarının (Kİ) sayı isə 35 olmaqla, ümumilikdə qeyri-bank kredit təşkilatlarının sayı 89 olub. Bütövlükdə maliyyə sistemində aktivlərinə görə BOKT-lərin bazar payı 2.1% təşkil edib. İl ərzində 4 BOKT və 1 Kİ-nin lisenziyası ləğv edilib, 1 BOKT-yə isə yeni lisenziya verilib.
Hazırda, fəaliyyətdə olan BOKT-lərin 14-ü xarici kapitallıdır ki, onlardan 11-də xarici kapitalın payı 50%-dən yüksəkdir. İl ərzində ümumilikdə işçilərinin sayı 357 nəfər artaraq 3 903 nəfər, filialların sayı isə 7 ədəd azalaraq 297 olub.
Orxan Vahidoğlu, "İki sahil"