Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı aprelin 14-də Füzuli rayonunda baş verən mina hadisəsində həlak olub.
“İki sahil” xəbər verir ki, bu barədə ANAMA-dan məlumat verilib.
Bildirilib ki, hadisə rayonun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində baș verib.
Agentliyin əməkdaşı 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışı baş verib.
Hadisə nəticəsində əməkdaş həyatını itirib.
Elmi Cərrahiyyə Mərkəzinin inkişaf strategiyası innovasiya, rəqəmsallaşma və kadr potensialının gücləndirilməsini əhatə edir - Baş həkim açıqladı
Pirşağı hövzəsi üzrə kanalizasiya kollektorları və tullantı sutəmizləyici qurğu tikilir - VİDEO