Sloveniya Dövlət Məclisinin (parlamentin aşağı palatası) yeni sədri, "Həqiqət" Partiyasının lideri Zoran Stevanoviç ölkənin NATO-nun tərkibindən çıxması ilə bağlı referendum keçirməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, Stevanoviç bu barədə Sloveniya Radio və Televiziyasına bildirib.
"Deməliyəm ki, biz xalqa NATO-dan çıxmaq məsələsi ilə bağlı referendum vəd etmişik və bu referendumu keçirəcəyik", - parlamentin spikeri vurğulayıb.
Onun sözlərinə görə, Lyublyana müstəqil, suveren siyasət yürütməli, dövlətin maraqlarını prioritet olaraq qoruyub saxlamaqla bütün ölkələrlə əməkdaşlıq etməlidir.
"Biz başqalarının hərbi və diplomatik münaqişələrinə müdaxiləyə qəti şəkildə qarşı çıxacağıq, çünki Sloveniya bundan heç vaxt fayda görmür", - Stevanoviç əlavə edib.
Media: ABŞ danışıqlar zamanı İrandan uranın zənginləşdirilməsini 20 il dayandırmağı istəyib
Fransa: SFR telekommunikasiya operatoru saxta reklamlara görə 10 milyon avro cərimələnib
Tufan Erhürman Şimali Kipr və Türkiyə bayraqlarının yandırılması ilə bağlı təxribatı pisləyib