Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkü qəbul edib.
“İki sahil” xəbər verir ki, Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru qəbula görə minnətdarlığını bildirərək, dövlətimizin başçısı ilə görüşdən şərəf hissi duyduqlarını dedi.
Muhsin Şentürk Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Söhbət zamanı qardaşlıq və strateji mütəffiqlik prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin bütün sahələrdə uğurlu inkişafı məmnunluqla vurğulandı, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələrin olmadığı qeyd edildi.
Görüşdə ölkələrimizin prokurorluq orqanları arasında uğurlu əlaqələrin qurulduğu bildirildi, bu xüsusda Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığa toxunuldu, təcrübə mübadiləsinin genişləndirilməsinin önəmi vurğulandı.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev Türkmənistanın Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədrini qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev Keniya Prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb - YENİLƏNİB
Prezident İlham Əliyev Esvatini Kralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb - YENİLƏNİB