Güclü sel Siyəzən-Məşrif avtomobil yolundakı körpünü uçurub.
“İki sahil” xəbər verir ki, Gilgilçay üzərindəki körpü aprelin 6-sı səhər saatlarında dağılıb.
Siyəzən-Məşrif avtomobil yolundan Siyəzən və Şabran rayonlarının 20-dən çox yaşayış məntəqəsinin sakinləri, həmçinin “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinə gələn qonaqlar istifadə edirdi.
Körpünün dağılması nəticəsində ərazidən keçən qaz və rabitə xətləri də sıradan çıxıb. Bununla əlaqədar əraziyə təbii qazın verilişi məhdudlaşdırılb, rabitə əlaqəsi kəsilib.
Siyəzən Rayon İcra Hakimiyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiirlib ki, hadisə yerinə Rayon Fövqəladə Hallar komissiyasının və müvafiq dövlət qurumlarının nümayəndələri cəlb olunub. Sakinlər hazırda rayon mərkəzinə getmək üçün Şabran rayonu ərazisindən keçən alternativ yoldan istifadə edirlər.
Slovakiya Ombudsmanı və nümayəndə heyəti üçün Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində təcrübə mübadiləsi təşkil olunub
İdman qidalarının satışı mağazalarında və idman zallarında monitorinqlər keçirilir
AQTA yanında İctimai Şuranın sədri: Dişi quzuların erkən kəsimi heyvandarlıq sektorunun dayanıqlılığına mənfi təsir göstərir