Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı tərəfindən 2016-cı ilin Aprel döyüşlərinin 10 illliyinə həsr olunmuş “Böyük Qələbənin başlanğıcı” adlı dəyirmi masa keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdən öncə Sumqayıt Şəhidlər Xiyabanı ziyarət edilib, Qalib Əsgər abidəsi və Aprel döyüşlərində şəhid olan əsgər və zabitlərimizin məzarları önünə gül dəstələri düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və xalqımızın sarsılmaz iradəsini nümayiş etdirən şanlı tarixdir. Qeyd olunub ki, bu döyüşlər Ermənistanın “məğlubedilməz ordu” mifini darmadağın edərək, sonrakı böyük Qələbənin əsasını qoyub.
Daha sonra Aprel döyüşlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Teymur Səmədov, Aprel döyüşləri şəhidi Əbdülməcid Axundovun anası Ceyran Axundova, ehtiyatda olan polkovnik, Aprel və İkinci Qarabağ müharibələrinin iştirakçısı Etibar Əhmədov, Sumqayıt Dövlət Universitetinin professoru Şirxan Səlimov, aprel döyüşlərinin iştirakçısı, xüsusi təyinatlı qüvvələrin kapitanı Baxışzadə Kamran, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Tərlan Hacı-zadə və universitet tələbələri İbrahim Abbasov, Elcan Əhmədov və İlqarə Heybətova Aprel döyüşlərinin tarixi əhəmiyyətindən, Azərbaycan əsgərinin qəhrəmanlığından və əldə olunan qələbələrin ölkəmizin şanlı tarixində tutduğu mühüm yerdən bəhs ediblər. Çıxışlarda vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu uğurlar 2020-ci ildə əldə olunan möhtəşəm Zəfərin təməlini təşkil edib.
Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsi bir daha ehtiramla yad edilib, bu tarixi qələbənin xalqımızın yaddaşında daim yaşayacağı qeyd olunub.
Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.
Prezident minatəmizləmədə fərqlənən bir qrup şəxsi medalla təltif edib - SƏRƏNCAM