01 aprel 2026 17:36
133

Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunub

31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Tarixi yaddaşımızda 31 Mart soyqırımı” mövzusunda konfrans keçirilib. “İki sahil” xəbər verir ki, Quba Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Quba, Yasamal və Səbail rayon təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə hökumət və dövlət nümayəndələri, Milli Məclisin deputatları, müxtəlif idarə və müəssisələrin kollektivləri, siyasi və ictimai təşkilatların üzvləri, eləcə də Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) nümayəndələri iştirak ediblər.

Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub. Konfrans iştirakçıları son 200 il ərzində azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən soyqırımı cinayətlərinin xronologiyasını geniş şəkildə təqdim ediblər. Sonra Quba şəhərindəki “Soyqırımı Memorial Kompleksi” ziyarət olunaraq abidə önünə gül dəstələri düzülüb, soyqırımı qurbanlarının ruhuna dualar oxunub və ağacəkmə aksiyası həyata keçirilib.