İnzibati Xətalar Məcəlləsinə əsasən, sabahdan Azərbaycanda qatarlarda, dəmiryol vağzallarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində elektron siqaretlərin istifadəsinə görə 30 manat cərimə tətbiq ediləcək.
“İki sahil” xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Bildirilib ki, "Tütün və tütün məmulatları haqqında" qanunla aprelin 1-dən ölkədə elektron siqaretlərin istifadəsi qadağan edilir.
"Elektrik qatarları ətraf mühitin qayğısına qalır, amma elektron siqaret sağlamlığa zərər vurur. Elektrik qatarlarından istifadə edin - təbiətə və özünüzə qayğı göstərin", - məlumatda qeyd olunub.
Hadrut qəsəbəsində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır
Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayıb: valideynlərin bilməli olduğu əsas məqamlar