30 mart 2026 10:50
104

İranda silahlı hücum planlaşdırmaqda ittiham olunan iki şəxs edam edilib

İranda "Mücahidin-e Xalq" müxalifət təşkilatı (İran Xalq Mücahidləri Təşkilatı) ilə əlaqədə ittiham olunan iki nəfər edam edilib.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" İranın Məhkəmə Hakimiyyəti İnformasiya Agentliyinə istinadən məlumat yayıb.

İttihamnaməyə əsasən, edam edilənlər Tehranda əldəqayırma qurğulardan istifadə etməklə silahlı hücumlar planlaşırıblar.

Onların saxlanılma tarixi də daxil olmaqla digər təfərrüatlar açıqlanmır.