Buradakı vəziyyəti anlamaq asan deyil, çünki burada həm dağıdılmış köhnə binalar, həm də yeni tikililər var. Mən gördüklərimdən öyrənməyə çalışıram, bu mənim üçün bir təcrübədir.
“İki sahil” xəbər verir ki, bu sözləri Ağdam şəhərində AZƏRTAC-a müsahibəsində yapon səyyah Azusa Matsumoto deyib.
O bildirib ki, bu şəhər və ümumilikdə Qarabağ haqqında daha geniş məlumat yaymaq niyyətindədir: “Həm əvvəlki vəziyyət, həm də hazırkı dəyişikliklər barədə fikirlərimi şəxsi veb-saytımda paylaşacağam. İslam və müsəlman mədəniyyətinə böyük hörmətim var. Azərbaycan mədəniyyətini də çox bəyənirəm. Buraya gəlib məscidi görmək mənə çox təsir etdi. Bura mənim üçün çox müqəddəs və önəmli bir yerdir”.
Məmmədzadə Zeynəbin axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir
Uçqun nəticəsində yaranan maneələr aradan qaldırılaraq vətəndaşlar təxliyə edilib - VİDEO
İKTA 2026-cı ilin II rübü üçün şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi çıxışlarla davam etdirilib