25 mart 2026 11:23
153

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti dəfə Rusiya buğdası göndərilib

Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

“İki sahil” xəbər verir ki, beş vaqondan ibarət, ümumi çəkisi 350 ton olan buğda bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzit daşımalar çərçivəsində 23 min tondan artıq taxıl, 1000 ton gübrə və 68 ton qarabaşaq göndərilib.