24 mart 2026 22:31
85

Çin ABŞ-la dialoqdan imtina edir

Çin nüvə silahlarının mümkün azaldılması ilə bağlı ABŞ-la dialoqdan imtina edir.

“İki sahil” xəbər verir ki, ABŞ Dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Tomas Dinanno bunu Senatdakı dinləmələrdə bildirib. "Onlar bunu etməkdən imtina etdilər", - o bildirib. Dinannonun sözlərinə görə, Vaşinqton bu məsələ ilə bağlı Pekinə təzyiq göstərməyə davam edir. "Biz onlara təzyiq göstərməyə davam edirik", - o vurğulayıb.