24 mart 2026 21:59
95

Ukraynanın Lvov vilayətində yeddi nəfər yaralanıb

Rusiyanın hücumları nəticəsində Ukraynanın Lvov vilayətində yeddi nəfər yaralanıb, UNESCO-nun şəhər mərkəzindəki Dünya İrsi abidəsinə ziyan dəyib.

“İki sahil” xəbər verir ki,  Lvov Vilayəti Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski bu barədə özünün teleqram kanalında xəbər verib. "Rusiya Silahlı Qüvvələri Ukraynanın Lvov vilayətinə hücumu davam etdirir. Yaralılardan azı ikisinin vəziyyəti ağırdır. Pilotsuz təyyarələrin hücum riski hələ yüksəkdir. İlkin məlumata görə, UNESCO-nun bir abidəsinə ziyan dəyib. Təhlükə yüksək olaraq qalır. Sığınacaqlarda qalın", - o yazıb.

Bu arada Lvov meri Andrey Sadovıy yanğının baş verdiyi yaşayış binasına hücum barədə məlumat verib. Ukrayna mediası ölkənin qərbi şəhərlərinə hücumların davam etdiyini, Ternopol, İvano-Frankovsk və Vinnitsada partlayış səslərinin eşidildiyini bildirir.