Ermənistanın yeni Konstitusiyası hüquqi baxımdan tam hazırdır, hazırda onun siyasi məzmunu üzərində iş davam etdirilir.
“İki sahil”in Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin ədliyyə naziri Srbui Qalyan parlamentdə jurnalistlər üçün keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, sənəd üzərində iş ictimai müzakirələr nəzərə alınmaqla Konstitusiya islahatı Şurası ilə birgə davam etdiriləcək. "Proses statik olmadığı üçün bu belə görünməyəcək: mətn dərc olundu və bu qədər. Biz ictimaiyyətin hisslərini hərəkətə gətirmək və düşünmək üçün imkan yaratmaq məqsədilə mətni və ya müddəaları dərc edəcəyik. Başqa sözlə, biz fikirləri toplayacağıq, dəyişikliklər edəcəyik və onlar da Şura ilə müzakirə olunacaq", - o bildirib.
Baş nazir Nikol Paşinyanın yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadların olmamalı olduğuna dair bəyanatını şərh edən nazir vurğulayıb ki, bu siyasi mövqedir və islahat iştirakçılarının öz fikirlərini bildirmək hüququ var.
Onun sözlərinə görə, baş nazir düzgün hesab etdiyi barədə öz fikrini bildirir, Konstitusiya islahatı Şurasının üzvlərinin də öz mövqelərini bildirmək hüququ var.