19 mart 2026 09:05
141

Ras-Laffana zərbə İrandan endirilib

Ras-Laffan sənaye zonasına zərbə İrandan endirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Qətərin Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat paylaşıb.

"Qətər Dövləti İrandan ballistik raket hücumuna məruz qalıb, nəticədə Ras-Laffan sənaye şəhərinə ziyan dəyib", - deyə mətbuat açıqlamasında bildirilib.

"Qatar Energy" dövlət neft-qaz şirkəti martın 18-də bildirib ki, Ras-Laffandakı sənaye obyektləri raket atəşinə tutulub. Əmirliyin Daxili İşlər Nazirliyi əvvəlcə hücum nəticəsində başlayan yanğını lokallaşdırdığını elan edib, lakin sonradan alovun hələ nəzarətə alınmadığını dəqiqləşdirib. Zərərçəkənlər barədə məlumat verilməyib.