Azərbaycan, Qırğızıstan və Türkiyə parlamentəriləri Qazaxıstanda yeni konstitusiya layihəsi üzrə keçiriləcək referendumun qısamüddətli monitorinqi çərçivəsində rəsmi görüşlərə başlayıblar.
“İki sahil” xəbər verir ki, bu barədə TÜRKPA məlumat yayıb.
Bildirilib ki, TÜRKPA Beynəlxalq Katibliyi nümayəndələrindən ibarət Beynəlxalq Referendum Müşahidə Missiyası, baş katib Ramil Həsən və TÜRKPA hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin deputatı Osman Mestenin rəhbərliyi altında Astanada görüşlər keçirilib.
Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşimbayev ilə görüşdə 15 mart tarixində baş tutacaq referendum barədə ətraflı məlumat verilib.
TÜRKPA-nın Baş katibi Ramil Həsən Konstitusiya əsasında Qazaxıstan parlamentinin qədim türk sözü olan "Qurultay" adlandırılmasının Türk dünyası üçün rəmzi və mühüm əhəmiyyət daşıdığını qeyd edib.
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT
Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə
YAP Sədrinin müavini ilə Çinin Azərbaycandakı səfiri arasında görüş keçirilib - FOTO