10 mart 2026 14:00
108

Uittkoff rusiyalı həmkarları ilə daimi əlaqədədir - Peskov

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uittkoff rusiyalı həmkarları ilə daimi əlaqə saxlayır.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, bu kommunikasiya kanalı tərəflərə ən həssas mövzular üzrə siqnalları bir-birinə çatdırmağa imkan verir.

“Həqiqətən də Stiv Uittkoff rusiyalı həmsöhbətləri ilə daimi əlaqədədir. Bu ünsiyyət kanalı tərəflərə ən həssas məsələlər üzrə siqnalları bir-birinə ötürməyə imkan verir”, — deyə Peskov bildirib.

Bundan bir gün əvvəl Vladimir Putin və Donald Trump arasında telefon danışığı baş tutub.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, söhbət Trampın təşəbbüsü ilə baş tutub və təxminən bir saat davam edib. Danışıqlar zamanı tərəflər bir sıra beynəlxalq məsələləri müzakirə ediblər.