Ötən il Azərbaycan 44,7 milyon ABŞ dolları dəyərində 2 min 775 kiloqram zərgərlik məmulatları (gümüş və digər qiymətli metallardan) idxal edib.
“İki sahil”in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 2,4 % çox, kəmiyyət olaraq – 18 % azdır.
Hesabat dövründə Azərbaycan İtaliyadan 20,7 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 4 % az) 75,6 kiloqram (-8 %), Türkiyədən 4,55 milyon ABŞ dolları dəyərində (+93 %) 988 kiloqram (-34 %), İsveçrədən 4,3 milyon ABŞ dolları dəyərində (-12 %) 20,3 kiloqram (-20 %), Fransadan 3 milyon ABŞ dolları dəyərində (+38 %) 7,2 kiloqram (-3 %), Hindistandan 2,85 milyon ABŞ dolları dəyərində (+16 %) 34,5 kiloqram (+12 %) məmulat alıb.
Azərbaycan 9 il 6 ayın tamanında Polşadan (5,1 min ABŞ dolları dəyərində 0,7 kiloqram), 2 il 1 aylıq aradan sonra isə Avstraliyadan (20,7 min ABŞ dolları dəyərində 0,06 kiloqram) tədarükü bərpa edib.
ADY və Gürcüstan Dəmir Yollarının rəhbərliyi dəmir yolu daşımalarının operativ təşkili üzrə görülən işlərlə tanış olub
Gələn il işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma işlərinin maliyyə təminatı tam təmin olunacaq