Britaniya Qidalanma Fondunun qidalanma üzrə mütəxəssisi Bricit Benelam, qidalanmanın dəri sağlamlığı üçün də mühüm rol oynadığını bildirib.
Onun sözlərinə görə, C vitamini kollagenin sintezinə kömək edir. Buna görə də sitrus meyvələri, giləmeyvələr, yaşıl tərəvəzlər, bibər və pomidor kimi qidalardan kifayət qədər qəbul etmək faydalı ola bilər. Ət, quş əti, pendir, bəzi qabıqlı dəniz məhsulları, qoz-fındıq, toxumlar və tam taxıllı məhsullarda olan sink də orqanizmdə kollagen istehsalını dəstəkləyir.

Təbii kollagen mənbələri və bir çox kollagen əlavələri heyvan mənşəli məhsullardan hazırlandığı üçün vegan pəhrizinə uyğun deyil. Bununla belə, orqanizm kollageni qida zülalında olan amin turşularından özü sintez edir. Buna görə də lobya və mərcimək kimi qidalardan əldə olunan zülal kollagen istehsalı üçün lazım olan amin turşularını təmin edə bilər. Həmçinin vegan kollagen əlavələri də mövcuddur.
Britanita Dermatoloqlar Assosiasiyasının prezidenti doktor Tamara Qrifits araşdırmanı müsbət qiymətləndirsə də, əlavə tədqiqatlara ehtiyac olduğunu bildirib: “Bu sistemli araşdırmanın ortaya qoyduğu ümidverici nəticələri daha da əsaslandırmaq üçün məqsədyönlü və güclü dermatoloji tədqiqatlara dair əlavə məlumatlara ehtiyyac vardır.”
Aytən Feyzili,
BSU-nun tələbəsi