Fevralın 27-da Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin rəsmi qarşılanma mərasimi olub.
“İki sahil” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Efiopiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Efiopiyanın Baş naziri Abiy Əhməd Əlini və birinci xanım Zinaş Tayaçevi qarşıladılar.
Fəxri qarovul dəstəsinin rəisi Efiopiyanın Baş nazirinə raport verdi.
Efiopiya Federativ Demokratik Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin qarşısından keçdi.
Sonda rəsmi foto çəkdirildi.
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT
Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə
YAP Sədrinin müavini ilə Çinin Azərbaycandakı səfiri arasında görüş keçirilib - FOTO