25 fevral 2026 21:21
163

ADY yeni istiqamət üzrə sürət qatarları işə salacaq

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) yeni istiqamət üzrə sərnişindaşıma fəaliyyətinə başlayacaq.

“İki sahil” xəbər verir ki, sürət qatarları Kürdəmir dəmiryol stansiyasında da dayanacaq.

Hazırda Kürdəmir istiqamətində sərnişindaşımanın təşkili ilə bağlı hazırlıq işləri aparılır. Artıq Kürdəmir dəmiryol stansiyasında təmir işləri həyata keçirilir.

Bu istiqamətdə sərnişindaşımalara yaxın günlərdə başlanılması planlaşdırılır.