23 fevral 2026 01:57
110

36 yaşlı kişinin meyiti yol kənarında tapıldı

Şəmkir rayonunun Abbaslı kəndində yol kənarında 36 yaşlı şəxsin meyiti tapılıb.

Çinarlı qəsəbə sakini, 1990-cı il təvəllüdlü Elçin Qurbanovun meyiti rayonun Abbaslı kəndi ərazisində aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib.

İlkin baxış zamanı meyitin üzərində  zorakılıq əlamətləri olmayıb.

Hadisə ilə bağlı Şəmkir Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

“Qafqazinfo”