22 fevral 2026 23:11
123

Ağstafada fermada meyit tapılıb

Ağstafada fermada kişi meyiti aşkarlanıb.

Hadisə rayonun Poylu qəsəbəsində qeydə alınıb. Rayon sakini 1982-ci il təvəllüdlü F. Vəliyevin meyiti çoban işlədiyi fermada tapılıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

AZƏRTAC