22 fevral 2026 21:12
102

Berlində avtobusun qəzaya uğraması nəticəsində 12 nəfər xəsarət alıb

Berlinin qərbində - Şpandau rayonunda baş vermiş avtobus qəzası nəticəsində 12 nəfər xəsarət alıb.

“İki sahil” “Tagesspiegel” qəzetinə istinadla xəbər verir ki, avtobus əks istiqamətdən hərəkət edən minik avtomobili ilə toqquşduqdan sona yoldan çıxaraq ağaca çırpılıb.

Xəsarət alanlardan birinin vəziyyəti ağırdır. Onun avtobusun sürücüsü olduğu bildirilir.

Ağır xəsarət alan şəxs helikopterlə xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.