21 fevral 2026 12:43
76

21 Fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Ailə və ev təhsili şöbəsinin təşkilatçılığı ilə 21 Fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib. “İki sahil” xəbər verir ki, giriş sözü ilə çıxış edən şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru İradə Babayeva qeyd olunan günün əhəmiyyətindən, Azərbaycan dilinin tarixi inkişaf yolundan, onun qorunması və inkişafı sahəsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edib. Alim bildirib ki, Ulu Öndərin dil siyasəti müasir dövrdə dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 AMEA-nın Dilçilik İnstitutunun aparıcı elmi işçisi, dosent Təranə Şükürlü təmsil etdiyi qurumda dilçiliklə bağlı aparılan tədqiqatlardan danışaraq, gənc nəslin müasir çağırışlara uyğun dil normalarına yiyələnməyin vacibliyini qeyd edib.

Kollecin direktoru Amalya Sezgin tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirib, rəhbərlik etdiyi təhsil müəssisəsində Azərbaycan dilinin tədrisinin daim diqqət mərkəzində saxlanıldığını, tələbələrdə ana dilinə sevgi hissinin aşılanması yönündə   ardıcıl iş aparıldığını vurğulayıb.

Tədbir Ailə və ev təhsili ixtisası tələbələrinin hazırladığı bədii kompozisiya ilə davam etdirilib. Tələbələr 12 müxtəlif dildə çıxış edərək dillərə olan sevgilərini nümayiş etdiriblər.