21 fevral 2026 10:35
128

Azərbaycanda ötən ay dəmir yolu ilə 1 milyon tondan çox yük daşınıb

Bu ilin yanvar ayında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yük daşımaları 1 milyon 225,6 min ton təşkil edib.

“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin yanvar ayı ilə müqayisədə 286,2 min ton və ya 18,9 % azdır.

Qeyd edək ki, 2026-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 18,3 milyon ton olub. Yüklərin 6,7 %-i dəmir yolu ilə daşınıb.