Ukrayna Prezidenti Volodimir Zelenski Cenevrədə aparılan danışıqların yekunlarına dair məruzədən sonra müharibənin ləyaqətli şəkildə başa çatdırılması üçün imkanların qaldığını bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə o, “Telegram”da yaydığı bəyanatda qeyd edib.
Zelenski bildirib ki, İsveçrədə keçirilən görüşlərin yekunlarına dair Ukraynanın danışıqlar qrupundan ətraflı məruzə alıb.
“Biz hesab edirik ki, müharibəni ləyaqətli şəkildə başa çatdırmaq üçün real imkanlar qalır. Bu, etibarlı sülhün müharibəni əvəz etməsi üçün dünyanın Rusiyaya təzyiq göstərmək qabiliyyətinə əhəmiyyətli dərəcədə kömək edə bilər”, – deyə bəyanatda bildirilir.
Bundan başqa, V.Zelenski Ukrayna üzrə danışıq qrupunun nümayəndələrinə “Rusiya tərəfi ilə görüşlər zamanı göstərdikləri səbrə görə” təşəkkür edib və bildirib ki, həmin danışıqlar “heç də sadə və adekvat olmayıb”.
“ABŞ Prezidentinin nümayəndələrinin də danışıqların konstruktiv olması üçün çalışmaları mühüm məqamdır. Ukrayna bu məsələdə onları tam dəstəkləyir”, – deyə o vurğulayıb.
Ukrayna lideri hərbi istiqamətdə konstruktiv yanaşmanın olduğunu bildirib. Onun sözlərinə görə, danışıqlar prosesinin iştirakçıları atəşkəs baş verəcəyi halda, onun monitorinqinin ilk növbədə ABŞ tərəfindən həyata keçiriləcəyini qəbul ediblər.
Bundan əlavə, V.Zelenski siyasi məsələlər üzrə işçi qrupunda humanitar istiqamət üzrə müzakirələrin nəticələri barədə də danışıb: “Hələlik müsbət nəticələr barədə danışmaq tezdir, lakin konstruktiv yanaşma əldə olunub və yaxın günlərdə mübadilənin hansı sayda və nə vaxt həyata keçiriləcəyi müəyyən ediləcək. Söhbət Ukrayna hərbi əsirlərinin Rusiya hərbi əsirləri ilə mübadiləsindən gedir”, – deyə o bildirib.
Prezident vurğulayıb ki, Cenevrədə danışıq aparan tərəflər ərazilər və Donbas məsələsi üzrə hər hansı razılığa gələ bilməyiblər.
Pentaqon İranla gərginlik fonunda yüzlərlə hərbçini Qətər və Bəhreyndən çıxarıb
Zelenski: ABŞ və Rusiya müharibənin başa çatdırılması ilə bağlı eyni mövqedədir