20 fevral 2026 17:24
110

Gənclərdən ibarət Azərbaycan milliləri təlim-məşq toplanışına başlayıblar

Boks üzrə gənc oğlan və qızlardan ibarət Azərbaycan milliləri yeni ilin ilk təlim-məşq toplanışına start verib. Hər 2 komanda hazırlığı Bakıda keçir.

“İki sahil” xəbər verir ki, məşqçilər korpusu toplanışa U-19 Azərbaycan çempionatında özlərini yaxşı tərəfdən göstərənləri cəlb edib. Bakı Boks Mərkəzində keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönəlib.

Qeyd edək ki, hazırlıq martın 1-də yekunlaşacaq.