20 fevral 2026 14:23
153

“Qarabağ”ın “Nyukasl”la oyunöncəsi açıq məşqi və mətbuat konfransı Bakıda keçiriləcək

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə "Nyukasl"a qarşı keçirəcəyi cavab oyunuöncəsi mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi Bakıda olacaq.

“İki sahil” xəbər verir ki, klubdan bildirilib ki, açıq məşq fevralın 22-də saat 20:15-də, baş məşqçi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı isə bir gün sonra saat 14:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil ediləcək.

Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə "Sent Ceyms Park" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.