18 fevral 2026 22:52
115

Səfir: Azərbaycan miqrasiya sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsini dəstəkləyir

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev Kanadanın beynəlxalq təşkilatdakı Daimi Nümayəndəliyinin ev sahibliyi ilə keçirilən Qlobal Miqrasiya Paktı (GCM) Çempion Ölkələrin səfirləri görüşündə çıxış edib.

“İki sahil” xəbər verir ki, səfir Azərbaycanın 2026-cı il üçün GCM Çempion Ölkələr təşəbbüsünə həmsədrliyə namizədliyini irəli sürdüyünü bildirib və təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın təşviqinin ölkənin əsas prioritetlərindən olduğunu vurğulayıb. O, miqrasiya sahəsində effektiv nəticələrin əldə olunması üçün çoxtərəfli əməkdaşlığın vacibliyini qeyd edib.

Səfir qeyd edib ki, GCM Çempion Ölkəsi kimi Azərbaycanın miqrasiya idarəçiliyi sahəsində əsas məqsədləri təhlükəsiz və nizamlı miqrasiyanın təşviqi, qeyri-qanuni miqrasiya ilə bağlı həssaslıqların azaldılması və miqrasiyanın dayanıqlı inkişaf üçün katalizator kimi potensialından səmərəli istifadə olunmasıdır. Bu istiqamətdə Azərbaycan effektiv miqrasiya idarəçiliyinin inkişafı, xüsusilə qanuni miqrasiya yollarının möhkəmləndirilməsi və genişləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirir.

Diplomat cari ilin mayında BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında keçiriləcək İkinci Beynəlxalq Miqrasiya İcmal Forumunun (IMRF) Qlobal Paktın icrasının qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib.

Qeyd olunub ki, Azərbaycan IMRF çərçivəsində Milli Könüllü Hesabatın yenilənməsi, yeni öhdəliklərin hazırlanması və qabaqcıl təcrübələrin təqdim olunması istiqamətində iş aparır və GCM-in effektiv icrasına töhfə verməyə sadiqdir.