Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova BMT-nin Baş katibi Antoniu Quterreşin Ukrayna ilə bağlı mövqeyini tənqid edib.
“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.
O bildirib ki, Baş katib Ukraynanın ərazi bütövlüyü ilə bağlı tezislər səsləndirməklə öz inzibati səlahiyyət çərçivəsindən kənara çıxır və bununla da münaqişənin sülh yolu ilə nizamlanmasına mane olur.
Zaxarovanın sözlərinə görə, BMT Katibliyinin rəhbərliyi böhranın hüquqi aspektlərinin təhlilində açıq şəkildə qərəzli yanaşma nümayiş etdirir. Diplomat vurğulayıb ki, yüksək vəzifəli beynəlxalq məmur tutduğu postda olduğu müddətdə şəxsi baxışlarını ictimai şəkildə ifadə etməkdən çəkinməlidir.
Peter Siyarto: Aİ Macarıstanda öz maraqlarına uyğun hakimiyyət dəyişikliyi istəyir
NATO təlimində “Bayraktar TB3” ilə “Eurofighter” təyyarələri birgə uçuş nümayiş etdirib
Çin diplomatı: Yaponiya BMT-nin Təhlükəsizlik Şurasına daimi üzvlük üçün uyğun deyil