Türkiyə dünyada ən çox serial ixrac edən ölkələr sırasında yer alır. Türkiyə serialları təxminən 170 ölkədə 1 milyarda yaxın insana çatdırılır.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ölkəsinin bu sahə üzrə yeni strategiyasını açıqlayarkən bildirib.

O deyib ki, seriallar Türkiyənin tanıtım və turizm strategiyasının mərkəzində qərarlaşır, bu sektor 1 milyard dolları keçən ixrac gəliri ilə tarixi mərhələni geridə qoyub.
Nazir, eyni zamanda, serialların dünyada türk dilinin tanıdılması üçün ən güclü vasitə olduğunu ifadə edib.
Ersoy Türkiyənin serial sektoruna yeni dəstək modeli haqqında da məlumat verib. O, Türkiyənin ixrac edilən, tanıdılmasına töhfə verən və müəyyən olunmuş meyarlara cavab verən serialların hər bölümü üçün 100 min dollar ekvivalentinə qədər dəstək veriləcəyini açıqlayıb. Həmçinin dəstək hesablanarkən ölkədaxili yayım müddətinin əsas götürüləcəyini deyib.
Peter Siyarto: Aİ Macarıstanda öz maraqlarına uyğun hakimiyyət dəyişikliyi istəyir
NATO təlimində “Bayraktar TB3” ilə “Eurofighter” təyyarələri birgə uçuş nümayiş etdirib
Çin diplomatı: Yaponiya BMT-nin Təhlükəsizlik Şurasına daimi üzvlük üçün uyğun deyil