17 fevral 2026 00:02
91

İranın XİN rəhbəri və Rafael Qrossi ABŞ ilə nüvə danışıqlarını müzakirə ediblər

Cenevrədə səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) direktoru Rafael Qrossi arasında görüş baş tutub.

“İki sahil” xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin "X"dəki hesabında məlumat yayılıb.

Görüşdə İran-AEBA əməkdaşlığı müzakirə olunub. Bununla yanaşı, Abbas Əraqçi ABŞ ilə nüvə danışıqlarında İranın mövqeyi barədə Rafael Qrossini məlumatlandırıb.