15 fevral 2026 21:00
96

Braziliya Amazonkasında qayığın batması nəticəsində iki nəfər öldü

Braziliya Amazonka bölgəsinda turistləri daşıyan qayığın batması nəticəsində üç yaşlı qız da daxil olmaqla iki nəfər həlak olub, yeddi nəfər isə itkin düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Daily Mail qəzeti məlumat yayıb.

Məqalədə qeyd olunur ki, ikinci qurban 22 yaşlı Lara Biankadır.

Nəşrin məlumatına görə, qayıq yola düşəndən bir neçə dəqiqə sonra aşıb. Turistləri xilas etmək üçün iyirmi beş xilasedici, üç qayıq, səkkiz yanğınsöndürən maşın, bir polis qayığı və təcili yardım maşını cəlb edilib. Ümumilikdə 70-dən çox insan xilas edilib.