15 fevral 2026 17:07
93

Almaniyada qatarlarda və dəmir yolu stansiyalarında zorakılıq dalğası həyəcan doğurur

2025-ci ildə Almaniyada qatarlarda və dəmir yolu stansiyalarında zorakılıqla müşayiət olunan 5600-dən çox cinayət törədilib. Böyük şəhərlər bu hallardan daha çox zərər çəkib.

“İki sahil” “Tagesschau”ya istinadla xəbər verir ki, federal polisin məlumatlarına görə, ötən il Almaniyada dəmir yolu stansiyalarında və qatarlarda 980-dən çox bıçaqlı hücum və təxminən 2200 seksual cinayət qeydə alınıb. Bundan əlavə, təhlükəsizlik orqanları dəmir yolu nəqliyyatında federal polis əməkdaşlarına qarşı 5600-dən çox zorakılıq hadisəsi qeydə alıb.

Federal polis bu cinayətlərin azaldılması üçün müntəzəm olaraq qatar stansiyalarında əməliyyatlar keçirir. Polislərin həmkarlar ittifaqı uzun müddətdir ki, qatar stansiyalarında xidmət göstərən zabitlərin sayının artırılmasına çağırır.

Fevralın əvvəlində Reynland-Pfaltsda regional qatarda bilet yoxlaması zamanı biletsiz şəxsin konduktora ölümcül hücumu Almaniyada dəmir yolu təhlükəsizliyi ilə bağlı müzakirələrə səbəb olub.

Keçən il “Deutsche Bahn” kompaniyası dəmir yolu işçilərinə qarşı 3000-dən çox hücum qeydə alıb. Şirkət sözçüsü SWR-ə bildirib ki, bu, hər gün təxminən səkkiz hücum deməkdir.