15 fevral 2026 15:04
100

"Falcon 9" 24 "Starlink" mini-peykini orbitə çıxardı

SpaceX şirkətinin "Falcon 9" daşıyıcı raketi Starlink sisteminin qlobal internet şəbəkəsinin orbit qrupunu yeniləmək üçün 24 mini-peyki orbitə çıxarıb.

“İki sahil” xəbər verir ki, bu, ilin əvvəlindən "Starlink" aparatlarının 13-cü buraxılışıdır.

Raket Kaliforniyadakı Vandenberq ABŞ Kosmik Qüvvələr bazasında yerləşən SLC-4E buraxılış meydançasından göndərilib.

Daşıyıcı raketin ilk pilləsi Sakit okeanda Of Course I Still Love You dəniz platformasına idarəolunan şaquli eniş edib.

Qeyd olunur ki, 2019-cu ilin may ayından etibarən SpaceX "Starlink" layihəsi çərçivəsində 11.1 mindən çox peyk buraxıb. Onların bir hissəsi fəaliyyətini dayandırıb və ya orbitdən çıxıb, 9.6 mindən çox aparat isə orbitdə işlək vəziyyətdədir.

Hal-hazırda "Starlink" şəbəkəsi dünyanın 160 ölkə və ərazisini əhatə edir.