NATO-nun baş katibi Mark Rutte bütün Qərb ölkələrini Ukraynaya yalnız NATO tərəfindən tövsiyə edilən silahları verməyə və mediada işıqlandırılması naminə "lazımsız silahlar" göndərməməyə çağırıb.
“İki sahil” xəbər verir ki, bu barədə Mark Rutte Münxen Təhlükəsizlik Konfransında cıxışı zamanı deyib.
"NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı ukraynalılarla birlikdə onlara lazım olan silahların siyahısını tərtib edib. Media fotolarında nə qədər gözəl görünsə də, bu siyahıya daxil olmayan silahların ikitərəfli əsasda tədarükünə ehtiyac yoxdur. NATO əvvəlcə nəyə ehtiyac duyduqlarını dəqiq bilir", - deyə o bildirib.
Əraqçi: Regiondakı dostlarımız E3 qrupundan daha effektiv olduqlarını sübut edirlər