14 fevral 2026 11:42
89

"S&P" Azərbaycan Biznesin İnkişafı Fondunun birləşmədən sonra ilk reytinqini açıqlayıb

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi "​Azərbaycan Biznesin İnkişafı Fondu" ASC-nin (ABİF) uzunmüddətli və qısamüddətli kredit reytinqlərini "BB/B" səviyyəsində təsdiqləyib, proqnozu isə sabit qiymətləndirib.

“İki sahil”in agentliyə istinadən verdiyi məlumata görə, reytinqlərin təsdiqlənməsi 2025-ci ildə Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan İnvestisiya Şirkətinin ABİF strukturunda birləşdirilməsindən sonra əməliyyat inteqrasiyası istiqamətində əldə olunan irəliləyişi əks etdirir.

"ABİF-in 2025-ci il üzrə konsolidə olunmuş və beynəlxalq maliyyə hesabatı standartlarına (MHBS) uyğun auditdən keçmiş maliyyə hesabatını 2026-cı ilin iyun ayında dərc edəcəyini gözləyirik. Sabit proqnoz növbəti 12 ay ərzində birləşdirilmiş strukturun inteqrasiya prosesini davam etdirəcəyini, eyni zamanda çox güclü kapitallaşmanı və mülayim risk iştahasını qoruyub saxlayacağını əks etdirir", - "S&P"-nin açıqlamasında bildirilir.