Azərbaycan və Serbiya arasında ticarət dövriyyəsi 135 milyon ABŞ dollarına çatıb.
“İki sahil” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Serbiyanın milli bayramı – Dövlətçilik Günü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.
"2025-ci ildə Serbiyadan idxalımız 55 faiz artıb", - nazir qeyd edib.
O həmçinin investisiya sahəsində əməkdaşlığın genişləndiyini vurğulayıb: "Bu günə kimi Serbiyadan Azərbaycanın qeyri-neft sektoruna yönəldilən investisiyalar təxminən 10 milyon ABŞ dollarına çatıb".