Abşeron yarımadasının nəqliyyat xəritəsini dəyişəcək mühüm bir yol layihəsinin icrası davam edir. M1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu ilə M4 Bakı–Şamaxı–Yevlax magistralını birləşdirəcək yeni yol regionlararası əlaqələri xeyli asanlaşdıracaq.
“İki sahil” xəbər verir ki, yeni yolun inşası “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinə uyğun olaraq aparılır.
Uzunluğu 29 kilometr olan Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolu 1B texniki dərəcəli və 6 hərəkət zolaqlı olmaqla inşa edilir.
Yol boyu 9 yol qovşağı, 13 yol ötürücüsü, 1 kanal körpüsü 3 açıq-qapalı tunel tipli yol ötürücüsünün və 2 yerüstü piyada keçidinin tikintisi davam etdirilir.
Layihə üzrə həmçinin 12 düzbucaqlı keçidin, 28 ədəd dairəvi və müxtəlif diametrli borunun, drenaj quyularının, müxtəlif ölçülü drenaj borularının, eləcə də yol boyunca ehtiyat keçid borularının quraşdırılması işləri də aparılır.
Bütün tikinti işləri “İnşaat Norma və Qaydaları”na uyğun, texnoloji ardıcıllıq və yüksək keyfiyyət prinsipləri əsasında icra edilir.
Layihənin müəyyən edilmiş vaxtda başa çatdırılması üçün əraziyə zəruri texnika və kifayət qədər işçi qüvvəsi cəlb olunub, işlər təsdiqlənmiş qrafik üzrə aparılır.
Yeni avtomobil yolu Abşeron yarımadasının şimal-şərqində yerləşən yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan həm şimal bölgəsi ilə (Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yolu), həm də respublikanın qərb bölgəsi ilə (Bakı–Şamaxı–Yevlax yolu) daha rahat, sürətli və səmərəli nəqliyyat əlaqəsi qurmasına imkan yaradacaq.
Aİ qaz idxalının təsdiqi qaydalarını yumşaldır, Azərbaycan və Rumıniya üçün yeni imkanlar yaranır
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Azərbaycan 2 ayda Türkiyədən geyim idxalına 9,5 milyon dollara yaxın vəsait xərcləyib
Serbiya 2040-cı ildən sonra nüvə elektrik stansiyalarının ümumi gücünü 1 000 MVt-a çatdıra bilər