ABŞ-nin vitse-prezidenti Cey Di Vens 10-11 fevral tarixlərində Azərbaycana səfər edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Vensin mətbuat katibi "Azadlıq Radiosu"na açıqlamasında deyib.
Cey Di Vens fevralın 9-10 fevral tarixlərində Ermənistana, 10-11 fevral tarixlərində isə Azərbaycana səfər həyata keçirəcək.
Qeyd edək ki, ABŞ Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq Azərbaycan səfəri zamanı vitse-prezident Cey Di Vensi müşayiət edəcək.
Vens və Helberqin Ermənistan və Azərbaycana səfəri ABŞ administrasiyasının sülh səylərinin, eləcə də "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) təşəbbüsünün təşviqinə yönəlib.
TÜRKPA-ya üzv dövlətlərinin parlament sədrlərinin ilk qeyri-rəsmi görüşü baş tutub
Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi bu gün ən yüksək zirvədədir - TƏHLİL
Sahibə Qafarova: Rusiya və Azərbaycan qanunverici orqanları arasında çox səmərəli əməkdaşlıq qurulub