Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyununda “Qəbələ” “Sabah”ın qonağı olub.
“İki sahil” yazır ki, Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami və Kamran Əliyevdən ibarət hakimlər briqadasının idarə etdiyi yarışda qapılara qol vurulmayıb.
Qeyd edək ki, bu komandalar arasında oynalılacaq 1/4 finalın cavab oyunları mart ayının 3-nə nəzərdə tutulub.
Azərbaycan kuboku,
1/4 final, ilk oyunlar
4 fevral
19:30. "Sabah" 0–0 "Qəbələ"
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Zeynal Zeynalov.
"Bank Respublika Arena"
Məhərrəm Ağalaroğlu, “İki sahil”