İngiltərənin "Arsenal" klubunun Premyer Liqadakı oyunlarından biri təxirə salınacaq.
“İki sahil” xəbər verir ki, buna London təmsilçisinin Liqa Kubokunda finala vəsiqə qazanması səbəb olub.
XXXI turun "Vulverhempton" - "Arsenal" matçı nəzərdə tutulduğu kimi martın 21-də olmayacaq. Çünki martın 22-də Liqa Kubokunun final qarşılaşması baş tutacaq.
Qeyd edək ki, "topçular"ın finaldakı rəqibi bu gün bəlli olacaq. "Mançester Siti" - "Nyukasl" görüşü Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. İlk oyunda "şəhərlilər" qalib gəlib - 2:0.
Azərbaycan Voleybol Federasiyasının rəsmisi Çelenc Kubokunun oyununa təyinat alıb