“Bizim üçün prioritet məsələlərdən biri enerji sistemimizin dörd qonşu ölkənin enerji sistemləri ilə sinxron qoşulmasıdır”.
“İki sahil” xəbər verir ki, bu barədə bu gün jurnalistlərlə görüş zamanı Ermənistanın ərazi idarəetməsi və infrastrukturlar naziri Davit Xudatyan bildirib.
Onun sözlərinə görə, bu addımın yalnız kommersiya əhəmiyyəti yoxdur, eyni zamanda enerji sisteminin sabitliyini təmin edəcək.
Xudatyan qeyd edib ki, bu hal hazırda Ermənistanla Gürcüstan, eləcə də Ermənistanla İran arasında tətbiq olunur.
Xudatyan əminliyini ifadə edib ki, texniki baxımdan Ermənistanın enerji sisteminin dörd qonşu ölkənin sistemlərinə qoşulması mümkündür və heç bir maneə yoxdur. “Qalan məsələlərə gəlincə, ümid edirəm ki, hadisələrin inkişafı olacaq və biz bu inkişafa hazırıq”, - deyə o əlavə edib.