02 fevral 2026 09:10
121

Əminəm ki, Azərbaycan gəncləri ölkəmizin inkişafına layiqli töhfələr verəcəklər - Mehriban Əliyeva

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə rəsmi sosial şəbəkə hesabında paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda deyilir: "Əminəm ki, Azərbaycan gəncləri öz uğurları, qələbə və nailiyyətləri xalqımızı daim sevindirəcək və ölkəmizin inkişafına layiqli töhfələrini verəcəklər."