30 yanvar 2026 14:25
100

Növbəti köç karvanı Həsənriz kəndinə çatıb, açarlar təqdim edilib

Ağdərəyə yola salınan növbəti köç karvanı rayonun Həsənriz kəndinə çatıb, sakinlərə açarlar təqdim olunub.

“İki sahil” xəbər verir ki, rayonun Həsənriz kəndinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu köçlə Həsənriz kəndinə 10 ailənin (52 nəfər) qayıdışı həyata keçirilib. Bununla da kəndə qayıdan ailələrin sayı 265-ə (1041 nəfər) çatıb.