30 yanvar 2026 09:30
106

Şəmkirdə 21 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb

Şəmkirdə 21 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb.

“İki sahil” xəbər verir ki, 2005-ci il təvəllüdlü, Təzəkənd kənd sakini Məmmədov Ruhlan Etibar oğlu yataq otağında quraşdırılmış qazla işləyən "Ceyran" tipli sobanın borusundan çıxan dəm qazından zəhərlənərək ölüb.

Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.