28 yanvar 2026 14:53
114

Masallıda əkin sahələrini su basıb - FOTO

Masallının Xallıcallı kəndində əkin sahələrini su basıb.

“İki sahil” xəbər verir ki, dağlarda əriyən qar Viləşçay vasitəsilə Xallıcallı kəndində əkin sahələrini basıb, hektarlarla taxıl sahəsi suyun altında qalıb.

Hazırda suyun yaşayış evlərinin yaxınlığında toplanması həyətyanı sahələrə keçmə təhlükəsi yaradır.