Almaniyada Ermənistan səfiri Viktor Yengibaryan və Azərbaycan Respublikasının səfiri Nəsimi Ağayev 2026-cı il yanvarın 27-də Bundestaqın Xarici Əlaqələr Komitəsinin sədri Armin Laşetin dəvəti ilə “Cənubi Qafqazda dönüş nöqtəsi olan zamanlar: Azərbaycan və Ermənistan arasında tarixi sülh, Almaniyanın rolu və Avropanın yeni şərq əlaqəsi” mövzusunda keçirilən müzakirədə iştirak ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə Ermənistanın Almaniyadakı səfirliyi məlumat yayıb.
Məlumata görə, Ermənistan səfiri çıxışında Almaniya hökumətinə və şəxsən Almaniyanın federal xarici işlər naziri Yohan Vadefula təşəkkür edib.
“O, əvvəllər Bundestaqın Almaniya-Cənubi Qafqaz dostluq qrupunun sədri olmuş Vadefulun əvvəlki dövrdə göstərdiyi konstruktiv fəaliyyət və dəstəyini xüsusilə qeyd edib.
Tədbirdə onlarla ekspert, deputat və media nümayəndəsi iştirak edib. Müzakirə Münhen Maksimilian Universiteti və Aaxen Universitetinin “Beynəlxalq əməkdaşlıq, texnoloji diplomatiya və kommunikasiya institutu” tərəfindən təşkil olunub”, - deyə məlumatda bildirilib.
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Prezident İlham Əliyev və Şahbaz Şərif Ramazan bayramı münasibətilə bir-birini təbrik edib
Vüqar Rəhimzadə: Dövlət qulluğunda yeni əməkhaqqı modeli dünya təcrübəsində mövcuddur və müsbət nəticələrə yol açır